Icma.az
close
up
RU
Çağdaş memarlıq məktəbinin yaradıcısı

Çağdaş memarlıq məktəbinin yaradıcısı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mikayıl Hüseynov – 120

Dünya şöhrətli sənətkarın irsi klassikaya çevrilib

Görkəmli memar Mikayıl Hüseynov XX əsr arxitektura tarixində xüsusi yeri olan sənətkarlardandır. O, müasir Bakı şəhəri memarlığının ən yaxşı nümunələrinin müəllifi olub. Eyni zamanda, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən, bənzərsiz abidə və binalarının layihələri ona məxsusdur.

Paytaxt sakinləri və qonaqlar, demək olar ki, hər gün akademik Mikayıl Hüseynovun memar təxəyyülünün məhsulu olan gözəl binaları görürlər. Amma çoxları bilmir ki, Bakıda Azərbaycan Sənaye İnstutu, Politexnik İnstitutu, Elmi-tədqiqat İnstitutu, Azərbaycan Dövlət Universiteti, Elmlər Akademiyasının yeni binası, Azərbaycan Dövlət Konservatoriyası, Dövlət Pedoqoji Universiteti kimi elm mərkəzlərini, Azərbaycan Milli Kitabxanasını, Nizami Kino Mərkəzi və Ədəbiyyat muzeyi kimi əhəmiyyətli binaları, “Azərbaycan” və “Abşeron” mehmanxanalarını məhz o layihələndirib.

Paytaxtı bəzəyən Nizami Gəncəvinin, Həzi Aslanovun, Səməd Vurğunun, Mehdi Hüseynzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Füzulinin abidələri də bu sıradadır. Bu abidələri memarın layihələri əsasında heykəltəraş Fuad Əbdürrəhmanov hazırlayıb. Heykəltəraş Pinxos Sabsayın Bakıda Əbdürrəhim bəy Haqverdiyev və Qazaxda Səməd Vurğun abidələrinin layihə müəllifi də Mikayıl Hüseynovdur. Ümumiyyətlə, ölkəmizin digər şəhərlərində də bir çox yaşayış evləri, ictimai binalar, mədəniyyət və elm ocaqları onun yadigarlarıdır.

Mikayıl Hüseynovun zəngin elmi irsi də var. Onun Şirvanşahlar sarayına və Bakının digər memarlıq abidələrinə həsr olunmuş elmi-nəzəri əsərləri memarlıq tarixinin öyrənilməsində böyük əhəmiyyət daşıyır. “Divan-xana”, “Xan sarayı”, “Nizami dövründə Azərbaycan memarlığının ümumi icmalı”, “Azərbaycan memarlığı III-XIX əsrlərdə”, “Azərbaycan memarlıq abidələrinın bərpası məsələləri” və sair kitabları Bakıda və Moskvada nəşr olunub.

Memarın həyatında sınaq dolu ibrətamiz hadisələr də az olmayıb. Məsələn, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı Esmira Məmmədova yazır: “1939-cu ildə Hökumət Evi”nin tikintisi ilə əlaqədar müsabiqəinin yekun iclasında Mircəfər Bağırov başda olmaqla, respublikanın bütün rəhbərliyi iştirak edirdi. Daxili İşlər komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Hüseynovun Sov.İKP üzvü olmadığı faktın qabardaraq, onun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu Leninin heykəlinin binanın aşağı hissəsində (indiki Azadlıq meydanına baxan postament üzərində) yerləşdirilməsinə etirazını bildirir. Bu sözlərdən sonra salon sükuta qərq olur. Hamının nəzərləri Hüseynova dikilir. Yaranmış sükutu M.Bağırov pozur və deyir:

– Yoldaş Hüseynov, sizə tutulan irad çox ciddidir. Bu barədə nə deyə bilərsiniz?

O, dərhal ayağa qalxır və təmkinlə deyir:

– Dahi rəhbərin heykəlinin binanın aşağı hissəsində qoyulmasını bilərəkdən təklif edirəm (bu sözlərdən sonra vəziyyət bir az da gərginləşir). Çünki proletariatın rəhbəri Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə də layihəmdə heykəli kütləyə daha yaxın yerdə qoymuşam.

M.Bağırov gənc memarın bu cavabından sonra ona heç bir söz demir. Ancaq baxışlarından hiss olunur ki, cavabdan razı qalıb. Buna baxmayaraq, məlum səbəblər üzündən Hüseynovun təqdim etdiyi layihə təsdiqlənmir. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Müsabiqədə 1-ci yer Moskva münsiflər heyəti tərəfindən Lev Rudnevə verilir”...

Müstəsna xidmətlərinə görə Hüseynov bir çox orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. Ömrünün son ili olan 1992-ci ildə alimin təşəbbüsü ilə Beynəlxalq Şərq Memarlıq Akademiyası yaradılmış və ilk prezident Mikayıl Hüseynov olmuşdur. Azərbaycanı dünyaya tanıdan, klassikimiz M.Hüseynov həmin ilin iyununda Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri üzvü seçilmişdir.

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan “Böyük Britaniya Asiya Cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilən “Bakının memarlığı” sərgisində akademik M.Hüseynovun əsərləri nümayiş etdirilmiş, sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra o, Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin fəxri üzvü olmuşdur.

Ömrünün böyük bir hissəsini memarlq elminin və inşaat texnikasının inkişafına həsr etmiş Mikayıl Hüseynovun məzarı Bakıdakı Fəxri xiyabandadır. Azərbaycan incəsənəti, Bakı memarlığı ücün onun çəkdiyi zəhmətin, atdığı addımların misli yoxdur.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see270

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see259

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see242

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see241

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see239

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see190

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see187

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see187

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see180

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see172

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see166

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see164

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see164

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see164

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see163

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see161

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see160

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see152

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see152

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri