Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Van şəhərində keçirilən toyun görüntülərindən sonra “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ittihamı ilə həyat yoldaşı həbs edilən Çağla Öz Tançalan İstanbulda saxlanılıb. Prosedurlar başa çatdıqdan sonra şübhəli səhər saatlarında Vana göndərilib.
Sosial mediada tanınan Çağla Öz ilə “Vanlı Kara Haydar” kimi tanınan sosial media fenomeni Mehmet Fatih Tançalanın bazar günü Vanda keçirilən toyuna aid görüntülər müxtəlif media orqanlarında geniş əks-səda doğurub.
Görüntülərlə bağlı Van Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. Araşdırma çərçivəsində saxlanılan Mehmet Fatih Tançalan “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə növbətçi sülh cəza hakimliyinə göndərilib və hakimlik tərəfindən həbs olunub.
Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatında adı keçən Çağla Öz Tançalanın anası N.O. İstanbulda, Mehmet Fatih Tançalanın qohumu M.S.T. isə dünən Muradiyə rayonunda saxlanılıb.
Barəsində saxlanılma qərarı olan Çağla Öz Tançalan isə bu gün İstanbulda saxlanılıb. İstanbulda prosedurları tamamlanan Çağla Öz Tançalan şübhəli şəxs qismində Vana göndərilib.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Sosial mediada tanınan Çağla Öz ilə “Vanlı Kara Haydar” kimi tanınan sosial media fenomeni Mehmet Fatih Tançalanın bazar günü Vanda keçirilən toyuna aid görüntülər müxtəlif media orqanlarında geniş əks-səda doğurub.