Çağla Öz Tançalan da saxlanıldı FOTO
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Van şəhərində keçirilən toyun görüntülərindən sonra “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ittihamı ilə həyat yoldaşı həbs edilən Çağla Öz Tançalan İstanbulda saxlanılıb. Prosedurlar başa çatdıqdan sonra şübhəli səhər saatlarında Vana göndərilib.
Sosial mediada tanınan Çağla Öz ilə “Vanlı Kara Haydar” kimi tanınan sosial media fenomeni Mehmet Fatih Tançalanın bazar günü Vanda keçirilən toyuna aid görüntülər müxtəlif media orqanlarında geniş əks-səda doğurub.
Görüntülərlə bağlı Van Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. Araşdırma çərçivəsində saxlanılan Mehmet Fatih Tançalan “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə növbətçi sülh cəza hakimliyinə göndərilib və hakimlik tərəfindən həbs olunub.
Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatında adı keçən Çağla Öz Tançalanın anası N.O. İstanbulda, Mehmet Fatih Tançalanın qohumu M.S.T. isə dünən Muradiyə rayonunda saxlanılıb.
Barəsində saxlanılma qərarı olan Çağla Öz Tançalan isə bu gün İstanbulda saxlanılıb. İstanbulda prosedurları tamamlanan Çağla Öz Tançalan şübhəli şəxs qismində Vana göndərilib.

Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Toy qalmaqalı böyüyür: Çağla da saxlanıldı
10 Sentyabr 2026 03:11
Kara Haydar dan sonra Çağla da saxlanıldı
10 Sentyabr 2026 09:46
44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı
10 Sentyabr 2026 10:25
Çağla Demir yeni serialda FOTO
05 May 2026 22:44
Çağla Şıkel oğulları ilə Balidə FOTO
24 İyun 2025 17:29
Baxış sayı:70
Bu xəbər 13 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları