Çağla Özün saxlanılmazdan əvvəlki son görüntüləri yayıldı

17.09.2026

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Türkiyədə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı, sosial media fenomeni Çağla Öz Tançalanın saxlanılmasından əvvəlki görüntüləri ortaya çıxıb.

Hurriyyet.media  xəbər verir ki, görüntülərdə Çağla Özün Van şəhərindəki toyundan iki gün sonra İstanbulun Maslak ərazisində yerləşən yaşayış kompleksindən çıxması əks olunub.

Qeyd edək ki, Çağla Öz Tançalan və Mehmet Fatih Tançalanın Vanda keçirilən toyuna aid görüntülər sosial mediada geniş yayıldıqdan sonra Van Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Mehmet Fatih Tançalan saxlanılaraq “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə məhkəməyə göndərilib və barəsində həbs qərarı çıxarılıb.

Çağla Öz Tançalan isə sentyabrın 12-də İstanbulda Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstanbulda aparılan prosedurlardan sonra Vana göndərilən Tançalanın buradakı istintaq prosesi başa çatıb.

O, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə Sülh Cinayət Məhkəməsinə çıxarılıb və məhkəmənin qərarı ilə həbs edilib.

Saxlanılmasından əvvəl çəkilən görüntülərdə Çağla Özün toy mərasimindən iki gün sonra Maslakdakı yaşayış kompleksindən avtomobillə ayrıldığı görünür.

Könül
Musavat.com 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью