Çağla Özün saxlanılmazdan əvvəlki son görüntüləri yayıldı
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Türkiyədə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı, sosial media fenomeni Çağla Öz Tançalanın saxlanılmasından əvvəlki görüntüləri ortaya çıxıb.
Hurriyyet.media xəbər verir ki, görüntülərdə Çağla Özün Van şəhərindəki toyundan iki gün sonra İstanbulun Maslak ərazisində yerləşən yaşayış kompleksindən çıxması əks olunub.
Qeyd edək ki, Çağla Öz Tançalan və Mehmet Fatih Tançalanın Vanda keçirilən toyuna aid görüntülər sosial mediada geniş yayıldıqdan sonra Van Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Mehmet Fatih Tançalan saxlanılaraq “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə məhkəməyə göndərilib və barəsində həbs qərarı çıxarılıb.
Çağla Öz Tançalan isə sentyabrın 12-də İstanbulda Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstanbulda aparılan prosedurlardan sonra Vana göndərilən Tançalanın buradakı istintaq prosesi başa çatıb.
O, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə Sülh Cinayət Məhkəməsinə çıxarılıb və məhkəmənin qərarı ilə həbs edilib.
Saxlanılmasından əvvəl çəkilən görüntülərdə Çağla Özün toy mərasimindən iki gün sonra Maslakdakı yaşayış kompleksindən avtomobillə ayrıldığı görünür.
Könül
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Sentyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















