Çağrı mərkəzlərinə zənglər niyə pulludur? XƏRCLƏR XALQIN CİBİNDƏN QARŞILANIR | Icma.az
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda bəzi dövlət qurumlarının çağrı mərkəzlərinə zəng vurmaq vətəndaşlar üçün əlavə maliyyə yükünə çevrilə bilər.
Məsələ ilə bağlı sosial şəbəkələrdə və ictimai müzakirələrdə narazılıqlar tez-tez gündəmə gətirilir.İddialara əsasən, operatorla əlaqə yaratmaq üçün vətəndaşlar bir neçə dəqiqə ərzində avtomatik səsləndirilən mesajları dinləməyə məcbur olurlar və bu müddətdə onların balansından pul silinir.Bəzi hallarda isə zəng cavabsız qalmasına baxmayaraq, gözləmək yenə də vətəndaşa əlavə xərc yaradır.Həmin qurumlar dövlət büdcəsi hesabına maliyyələşdiyi üçün bəzi vətəndaşlar çağrı mərkəzlərinin ödənişsiz və daha effektiv fəaliyyət göstərməsini tələb edirlər.Bəs, bu narazılıqların aradan qaldırılması, vətəndaşların dövlət qurumlarına daha rahat çatması üçün hansı addımlar atılmalıdır?Hurriyyet.az xəbər verir ki, gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Hüseynov Abbasəli bildirib ki, dövlətə çatmaq üçün əlavə ödəniş tələb etmək sosial ədalətsizlikdir.“Çağrı mərkəzlərinin əsas funksiyası şəffaf, operativ və əlçatan xidmət göstərməkdir.
Amma hazırkı sistem bu funksiyalara zidd işləyir. Vətəndaş sadə bir sual vermək üçün əvvəlcə balansını yoxlamalı olur.
Ən pisi odur ki, çox zaman zənglər “saytda qeyd olunub”, “gözləyin”, “əlaqə saxlayacağıq” kimi standart cavablarla bitir.Şəxsi təcrübəmi deyim: Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etdim.
Operatora qoşulmaq üçün düz 2 dəqiqə mənə lazım olmayan mesajlara qulaq asdım və boş-boşuna pulum getdi.
Bəzən cavab verilməsə də, növbədə gözləyərkən belə balansdan pul silinir.
Bu isə xüsusilə internetə çıxışı olmayan, bölgələrdə yaşayan insanlar üçün ciddi problemdir.Dövlət qurumlarının çağrı mərkəzləri vətəndaşa xidmət üçün var.
Tam oxu
Xəbəri oxu