Cahit Bağçı Elçin Əmirbəyovla görüş keçirib

21.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə diplomat özünün "X" hesabında bildirib.

"Elçin bəylə görüşlərimiz həmişə xoş, əhatəli, faydalı və məhsuldar olub. Təşəkkür edirəm və işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıram", - deyə o vurğulayıb.

Xatırladaq ki, Cahit Bağçının Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir kimi vəzifə səlahiyyətləri artıq başa çatır. Onun yerinə əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün təyin olunub. Diplomatın fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью