Cahit Bağçı Elçin Əmirbəyovla görüş keçirib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə diplomat özünün "X" hesabında bildirib.
"Elçin bəylə görüşlərimiz həmişə xoş, əhatəli, faydalı və məhsuldar olub. Təşəkkür edirəm və işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıram", - deyə o vurğulayıb.
Xatırladaq ki, Cahit Bağçının Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir kimi vəzifə səlahiyyətləri artıq başa çatır. Onun yerinə əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün təyin olunub. Diplomatın fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.


Qələbən mübarək olsun, qardaşım Cahit Bağçı
08 Noyabr 2024 11:02
Sahibə Qafarova Cahit Bağçı ilə görüşdü
24 Yanvar 2025 15:06
Cahit Bağçı Azərbaycanı Zəfər Günü münasibətilə təbrik
08 Noyabr 2024 14:38
Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
30 Yanvar 2025 11:17
Cahit Bağçı Heydər Əliyevlə bağlı paylaşım etdi
12 Dekabr 2024 10:46

