Camalov sabiq klubuna qayıtdı

15.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Elvin Camalov “Neftçi”dən ayrılıb. 31 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ı azad agent kimi tərk edib.

Camalovun yeni ünvanı ilə bağlı artıq müxtəlif xəbərlər dolaşmaqdadır.

Futbolpress.az“ın əldə etdiyi məlumata görə, Elvin “Sumqayıt”la danışıq aparıb, ancaq tərəflər arasında razılıq əldə olunmayıb.

Yarımmüdafiəçinin növbəti ünvanı isə “Qəbələ” olacaq. Elvin yetirməsi olduğu klubla artıq anlaşıb və yaxın zamanda müqaviləyə imza atacaq. Camalov karyerasını məhz “qırmızı-qaralar”da bitirmək niyyətindədir.

2013-cü ildən “Qəbələ”nin əsas komandasında top qovan Elvin 6 il burada oynayıb. 2019-cu ildə “Zirə”yə keçən yarımmüdafiəçi iki il “qartallar”ın şərəfini qoruyub. 2021-2025-ci illərdə isə “Sabah”da çıxış edən futbolçu 2025-ci ilin yanvarından “Neftçi”də idi.

Camalov Azərbaycan yığmasında 21 oyuna çıxıb.

Kamil Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью