Camalov sabiq klubuna qayıtdı
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Elvin Camalov “Neftçi”dən ayrılıb. 31 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ı azad agent kimi tərk edib.
Camalovun yeni ünvanı ilə bağlı artıq müxtəlif xəbərlər dolaşmaqdadır.
“Futbolpress.az“ın əldə etdiyi məlumata görə, Elvin “Sumqayıt”la danışıq aparıb, ancaq tərəflər arasında razılıq əldə olunmayıb.
Yarımmüdafiəçinin növbəti ünvanı isə “Qəbələ” olacaq. Elvin yetirməsi olduğu klubla artıq anlaşıb və yaxın zamanda müqaviləyə imza atacaq. Camalov karyerasını məhz “qırmızı-qaralar”da bitirmək niyyətindədir.
2013-cü ildən “Qəbələ”nin əsas komandasında top qovan Elvin 6 il burada oynayıb. 2019-cu ildə “Zirə”yə keçən yarımmüdafiəçi iki il “qartallar”ın şərəfini qoruyub. 2021-2025-ci illərdə isə “Sabah”da çıxış edən futbolçu 2025-ci ilin yanvarından “Neftçi”də idi.
Camalov Azərbaycan yığmasında 21 oyuna çıxıb.
Kamil Əhməd
Baxış sayı:68
Bu xəbər 15 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















