Camalov üçün əlamətdar oyun

25.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Manşet, Müsahibə “Nəticəyə görə təəssüflənirik, amma zamanı geri qaytarmaq olmur”

27 Avqust 2024, 10:26

Əsas xəbərlər, Ölkə futbolu “Rəqiblər arasında ən çətin variantla üzləşdik” – “Sabah”ın kapitanı

20 İyun 2024, 12:22

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью