Camalov üçün əlamətdar oyun
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.
Manşet, Müsahibə
“Nəticəyə görə təəssüflənirik, amma zamanı geri qaytarmaq olmur”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
27 Avqust 2024, 10:26

