Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram Türkiyəli deputat (Video)

22.10.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə-Azərbaycan əlaqələri gündəlik siyasətə alət edilməyəcək qədər köklü və qədimdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP millət vəkili Şamil Ayrım bu gün TBMM-də çıxışı zamanı deyib.

O, qeyd edib ki, bu əlaqələr iki dövlət münasibətlərindən qat-qat üstündür.

"Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram. Tənqid başqadır, alçaldıcı ritorika başqadır. Qazi Məclisimizin kürsüsü qardaşlığımızı gücləndirən sözlər üçün zəmin olmalıdır. Ədalət və İnkişaf Partiyasının, hökumətimizin mövqeyi qətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu çərçivədən kənara çıxan yanaşmanı qəbul etmirik.

Türkiyə güclüdür, Can Azərbaycan güclüdür. Bir millət, iki dövlət, birlikdə daha güclüyük", - deyə Ş.Ayrım əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью