Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram Türkiyəli deputat (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə-Azərbaycan əlaqələri gündəlik siyasətə alət edilməyəcək qədər köklü və qədimdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP millət vəkili Şamil Ayrım bu gün TBMM-də çıxışı zamanı deyib.
O, qeyd edib ki, bu əlaqələr iki dövlət münasibətlərindən qat-qat üstündür.
"Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram. Tənqid başqadır, alçaldıcı ritorika başqadır. Qazi Məclisimizin kürsüsü qardaşlığımızı gücləndirən sözlər üçün zəmin olmalıdır. Ədalət və İnkişaf Partiyasının, hökumətimizin mövqeyi qətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu çərçivədən kənara çıxan yanaşmanı qəbul etmirik.
Türkiyə güclüdür, Can Azərbaycan güclüdür. Bir millət, iki dövlət, birlikdə daha güclüyük", - deyə Ş.Ayrım əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Oktyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















