Çanaqqala keçilməz Çanaqqala meydan müharibəsinin 110 illiyinə | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Akademik Şahin MUSTAFAYEV Beynəlxalq Türk Akademiyasının prezidenti 1915-ci ilin fevral ayında I Dünya müharibəsinin qızışdığı günlərdə Antanta dövlətləri - Böyük Britaniya və Fransanın hərbi gəmiləri Egey dənizini Mərmərə dənizinə bağlayan Çanaqqala boğazından keçərək, Osmanlı imperiyasının paytaxtı İstanbulu işğal etmək üçün hərbi əməliyyata başladı.
Bu böyük hərbi planın əsas müəlliflərindən biri Böyük Britaniyanın o dövrdə hərbi dəniz naziri Uinston Çörçil (Winston Churchill) idi.
Türk əsgərinin şücaəti və sərt müqavimətilə qarşılaşan düşmən gəmiləri tezliklə geri çəkilmək məcburiyyətində qaldı.
Lakin öz niyyətlərini həyata keçirmək məqsədilə həmin ilin aprel ayının 25-də İngiltərə və Fransanın Çanaqqala yarımadasında geniş miqyaslı quru hərəkatı başlandı.
Daha sonra bu qüvvələrə Avstraliya və Yeni Zelandiya əsgərləri də əlavə olundu.
Beləliklə, 110 il öncə I Dünya savaşının ən ağır və qanlı hərbi əməliyyatlarından biri - Çanaqqala meydan müharibəsi başlamış oldu.
Bu hücumla Antanta dövlətləri bir neçə mühüm strateji məqsəd güdürdülər.
Tam oxu
Xəbəri oxu