Icma.az
close
up
RU
Çanaqqala keçilməz Çanaqqala meydan müharibəsinin 110 illiyinə

Çanaqqala keçilməz Çanaqqala meydan müharibəsinin 110 illiyinə

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Akademik Şahin MUSTAFAYEV
Beynəlxalq Türk Akademiyasının prezidenti

1915-ci ilin fevral ayında I Dünya müharibəsinin qızışdığı günlərdə Antanta dövlətləri - Böyük Britaniya və Fransanın hərbi gəmiləri Egey dənizini Mərmərə dənizinə bağlayan Çanaqqala boğazından keçərək, Osmanlı imperiyasının paytaxtı İstanbulu işğal etmək üçün hərbi əməliyyata başladı. Bu böyük hərbi planın əsas müəlliflərindən biri Böyük Britaniyanın o dövrdə hərbi dəniz naziri Uinston Çörçil (Winston Churchill) idi.

 Türk əsgərinin şücaəti və sərt müqavimətilə qarşılaşan düşmən gəmiləri tezliklə geri çəkilmək məcburiyyətində qaldı. Lakin öz niyyətlərini həyata keçirmək məqsədilə həmin ilin aprel ayının 25-də İngiltərə və Fransanın  Çanaqqala yarımadasında geniş miqyaslı quru hərəkatı başlandı. Daha sonra bu qüvvələrə Avstraliya və Yeni Zelandiya əsgərləri də əlavə olundu.

Beləliklə, 110 il öncə I Dünya savaşının ən ağır və qanlı hərbi əməliyyatlarından biri - Çanaqqala meydan müharibəsi başlamış oldu.

Bu hücumla Antanta dövlətləri bir neçə mühüm strateji məqsəd güdürdülər. İlk növbədə, onlar İstanbulu ələ keçirməklə müttəfiqləri olan Rusiyaya Qara dəniz üzərindən silah-sursat göndərmək və oradan öz ölkələrinə neft və buğda nəqlini təmin etməyi düşünürdülər. Bundan başqa, Osmanlı imperiyasına diz çökdürülərsə, Almaniya və Avstriya-Macarıstanı müharibədə təkləmək və zəiflətmək planı baş tuta bilərdi.

Ancaq türk xalqının qəhrəmanlığı və öz vətənini müdafiə etmək əzmi Antantanın bu planlarını alt-üst etdi. 1916-cı ilin yanvar ayına qədər davam edən ağır döyüşlərdə 250 minə qədər itki verən Anadolu türkü əziz övladlarının canı və qanı bahasına ana torpağını qoruyub düşməni dəf etməyə müvəffəq oldu.

Təəssüflər olsun ki, yaxın zamanlara qədər Azərbaycan xalqının türk tarixində misilsiz əhəmiyyətə malik olan bu hadisə barədə kifayət qədər məlumatı yox idi. 

Yaşlı nəsil yaxşı xatırlayır ki, müstəqillik illərindən öncə istər məktəb dərsliklərində, istərsə də elmi-populyar ədəbiyyatda dünya hərb tarixinin bu və ya digər önəmli hadisələri haqqında geniş məlumat verilirdi. Ancaq həmin dövrə aid əsərlərdə I Dünya müharibəsinin ən böyük meydan savaşlarından biri olan Çanaqqala döyüşü barədə hər hansı bir təfərrüatlı bigi əldə etmək, demək olar ki, mümkün deyildi.

Halbuki Azərbaycan xalqı bu hadisəni ən azından Anadolu türkləri qədər bilməli və önəmini dərk etməli idi. Çünki Çanaqqala zəfəri qardaş Türkiyə üçün olduğu qədər bizim üçün də mühüm və əziz bir tarixdir. Və bunun səbəbini düzgün və dolğun dərk etmək və hafizələrə əbədi həkk etmək vacibdir.

Anadolu türk tarixində böyük hərbi qələbələr çox olub. Bəlkə də tarixdə az millət tapılar ki, türklər qədər savaş meydanlarında zəfər çalsın və onlarla fəxr edə bilsin. Bunların arasında 1071-ci ildə Malazgirt döyüşü, 1389-cu ildə Kosovo döyüşü, 1396-cı ildə Niğbolu döyüşü, 1526-cı ildə Mohaç döyüşü və bir çox digər hərbi zəfərləri qeyd etmək olar. Onların hər biri ayrı-ayrılıqda yalnız türk tarixində şərəfli yer tutmur, həm də dünya tarixinə təsir etmiş mühüm hadisələrdir.

Ancaq bu şanlı qələbələr cərgəsində Çanaqqala zəfərinin xüsusi və inkaredilməz yeri var. Çünki bütün yuxarıda sadalanan zəfərlər günü-gündən böyüyən, güclənən və genişlənən Anadolu Səlcuq dövləti və ya Osmanlı dövlətinin qazandığı qələbələr idi. Və onların hər biri möhtəşəm fəthlər uğrunda aparılan savaşlarda əldə edilmişdi.   

Çanaqqala zəfəri isə artıq zəifləmiş, öz keçmiş qüdrətini itirən və süqut edən Osmanlı imperiyasının qazandığı son böyük hərbi qələbə idi. Artıq çökməkdə olan və can verən bir dövlətin övladları 600 illik imperiyanı xilas edə bilməsələr də, tarixdə iz qoymuş bu qəhrəmanlıq salnaməsi ilə onun dağıntıları üzərində yeni bir Türkiyə Cümhuriyyətini qurmağa müvəffəq olacaqdılar. Çanaqqala, əslində, yeni Türkiyənin doğuşunu müjdələyən şanlı bir tarixi hadisə idi.

Beləliklə, 1919-cu ildə Anadoluda Mustafa Kamal paşanın başçılığı altında türk dövləti və torpaqlarının istiqlalı və bütövlüyü uğrunda başlayan milli-qurtuluş savaşı, heç şübhəsiz, Çanaqqala ruhundan doğmuş, o böyük zəfərdən ilham almışdır.

Bu qələbəni qazanan türk əsgərinin hansı məşəqqətlərə sinə gərdiyini, hansı ağır sınaqlardan çıxdığını qətiyyən unutmaq olmaz. Bütün digər çətinlikləri bir kənara qoyaraq, sadəcə həmin illərdə Osmanlı dövlətinin nə qədər bəlalarla üzləşdiyini, neçə müharibədə iştirak etmək məcburiyyətində qaldığını xatırlatmaq kifayətdir.

1908-ci ildə baş verən Gənc türklər ("Jön türklər") inqilabı nəticəsində sultan II Əbdülhəmidin devrilməsi və "İttihad və Tərəqqi cəmiyyəti"nin hakimiyyətə gəlməsi ilə ölkənin daxili nizamı və sabitliyi pozulmuşdu. Osmanlı dövləti az bir müddət sonra xarici təcavüzlərlə qarşılaşmalı olmuşdu.

Belə ki, 1911-1912-ci illərdə İtaliya ilə aparılan Tripolitaniya (Trablus Qərb) müharibəsində, daha sonra 1912-1913-cü illərdə iki Balkan müharibəsində saysız qurbanlar vermiş türk əsgəri 1914-cü ildə başlayan I Dünya müharibəsinin ən ağır şərtləri altında - silah-sursat baxımından özündən qat-qat güclü və sayca böyük olan düşmənlə üzləşib vətənini müdafiə etmək məcburiyyətində qalmışdı.

Çanaqqala sahillərində o əsgər vətən torpağını, öz milli varlığını, türk xalqının həyatda qalmaq və yaşamaq hüququnu sinəsini düşmənə sipər edərək qoruyurdu. Anadolu övladının hansı acı sınaqlardan çıxdığını "Çanaqqala türküsü" belə ifadə edir:

Çanaqqala içində aynalı çarşı,

Ana, mən gedirəm düşmənə qarşı.

Çanaqqala körpüsü dardır, keçilməz,

Al qan olmuş suları, bir tas içilməz.

Çanaqqaladan çıxdım yan basa-basa,

Ciyərlərim çürüdü qan qusa-qusa.

Çanaqqaladan çıxdım, başım səlamət,

Anafartaya varmadan qopdu qiyamət.

Çanaqqala içində vurdular məni,

Ölmədən məzara qoydular məni.

Çanaqqala içində uzun bir səlvi,

Kimimiz nişanlı, kimimiz evli.

Çanaqqala içində qırıq bir təsti,

Analar-babalar ümidi kəsdi.

Çanaqqala üstünü duman bürüdü,

On üçüncü firqə hərbə yürüdü.

Çanaqqala elində toplar quruldu,

Vay, bizim uşaqlar orda vuruldu.

Çanaqqala savaşı adi və sıradan bir döyüş deyildi. Bu savaş müasir dillə desək, bütün türk tarixinin, Anadolu türkünün və bütün türk dünyasının müqəddəratını həll edəcək "geosiyasi" bir savaş idi. Antantanın məqsədləri baş tutsaydı, bu, Osmanlı imperiyasının məğlubiyyəti və türk torpaqlarının düşmənin tam nəzarətinə keçməsi ilə nəticələnəcəkdi.

Belə olan halda, kim bilir, bəlkə də Qərb və Rusiyanın yüzillik xülyası gerçəkləşə bilərdi. İstanbul yenidən Konstantinopola çevrilərək, Ayasofiya üzərində xaç qaldırıla bilərdi. O zaman Anadolu türklərinin müqəddaratının nə olacağını təsəvvür etmək çətin deyil. Bunun üçün XVIII əsrin sonlarında zəbt edilən Krım xanlığı və Krım tatarlarının acı taleyini xatırlamaq kifayətdir.

Anadolu türkləri üçün Çanaqqala ölüm-dirim mübarizəsi idi. Bu savaşda ölmək var, dönmək yox idi. Ona görə də Mustafa Kamal paşanın "Hər qarış torpaq vətəndaş qanı ilə sulanmayanadək tərk edilə bilməz" əmri Çanaqqalada türk xalqının bütün gələcək taleyini həll edən tarixi bir şüar mahiyyətini daşıyırdı.

Bu baxımdan Çanaqqala zəfəri sadəcə türk silahının qələbəsi deyildi. Bu, ilk növbədə, türk xalqının mənəvi gücünün, onun sarsılmaz ruhunun qələbəsi idi.

Çanaqqala zəfəri bütün gələcək nəsillər üçün tarixi ibrət dərsidir. O hər zaman bizə xatırladacaq ki, vətənpərvərlik və fədakarlıq olmadan vətənə sahib çıxmaq mümkün deyildir.

Bu qələbənin bizim, yəni Azərbaycan xalqı üçün də eyni dərəcədə həyati əhəmiyyəti var. Əvvəla ona görə ki, Çanaqqala şəhidləri arasında canını verən Azərbaycan övladları da az deyildi. Həm də ona görə ki, 1918-ci ildə Qafqaz İslam ordusunun tərkibində Azərbaycan xalqının yardımına gələn türk əsgəri Çanaqqalada düşmənə sinə gərən əsgər idi. Bu yardım olmasaydı, 1918-ci ilin olduqca ağır bir şəraitində Azərbaycanın öz azadlığını əldə etməsi bəlkə də mümkün olmazdı.

Beləliklə, bu gün üç rəngli bayrağını miras aldığımız Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tarixi varlığı, Azərbaycanın qəhrəman övladları ilə birlikdə Çanaqqala qazilərinin də ortaq xidməti nəticəsində mümkün olmuşdur.

Şəhidlər xiyabanında şərəfinə abidə ucaldılmış və qardaş torpağında əbədi uyuyan türk əsgəri Azərbaycanın istiqlalı və milli varlığı uğrunda öz qanını əsirgəməmişdir. Və bu əsgəri buraya qardaş xalqın köməyinə gətirən qüvvə məhz Çanaqqala ruhu idi.

Ona görə təsadüfi deyil ki, hər bir azərbaycanlı üçün Çanaqqala sözü və torpağı Vətən adı və torpağı qədər müqəddəs olmalıdır. On il əvvəl Türkiyə və Azərbaycanın dövlət başçılarının Çanaqqala zəfərinin 100 illik mərasimində bir yerdə olmaları və şəhidlərin ruhu qarşısında bərabər baş əymələri bunun əyani təsdiqidir.

Bu birlik və bərabərlikdən doğan Azərbaycan xalqının böyük Qarabağ zəfəri məhz həmin qəhrəmanlıq və qardaşlıq ruhunun tərənnümüdür.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri