Icma.az bildirir, Ses qazeti portalına istinadən. Elçin Bayramlı Kolbasa, sosiska məhsullarının istehlakı ildən-ilə artır.
Ərzaq qiymətlərinin artması bir çoxlarını öz ərzaq səbətinə yenidən baxmağa vadar etsə də, emal olunmuş ət məhsulları öz mövqelərini itirmir.
Bu, gündəlik həyatda sürətli qəlyanaltı və əksər bayramların məcburi atributudur.
Mağazaların piştaxtalarda həm yerli, həm də xaricdən gətirilən kolbasalar var.
Qiymət diapazonu genişdir, lakin məlum səbəblərdən əksəriyyət ucuz qiymət seqmentinə üstünlük verir, baxmayaraq ki, belə məhsullarda yaxşı heç nə olmadığını və ola da bilməyəcəyini başa düşürlər.
Əlbəttə, bahalı kolbasa da faydalı deyil, lakin nisbi götürdükdə tərkibi daha yaxşıdır.
Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi kolbasa məhsullarının keyfiyyətinə dair monitorinqin nəticələrini açıqlayanda məlum oldu ki, bir çox kolbasalarda üzərində qeyd edilmiş mal əti əvəzinə toyuq ətidir, bəzilərində isə ümumiyyətlə ət yox idi.
Ət bazarında periodik olaraq mənşəyi məlum olmayan ətlərə və ölmüş heyvanların ətinə rast gəlinir və çox vaxt ondan kolbasa istehsalı üçün istifadə olunur.