Icma.az
close
up
RU
Canlı efirdə kolbasa yemək olarmı? KÜNCDƏN BAXIŞ

Canlı efirdə kolbasa yemək olarmı? KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Elçin Bayramlı

Kolbasa, sosiska məhsullarının istehlakı ildən-ilə artır. Ərzaq qiymətlərinin artması bir çoxlarını öz ərzaq səbətinə yenidən baxmağa vadar etsə də, emal olunmuş ət məhsulları öz mövqelərini itirmir. Bu, gündəlik həyatda sürətli qəlyanaltı və əksər bayramların məcburi atributudur.

Mağazaların piştaxtalarda həm yerli, həm də xaricdən gətirilən kolbasalar var. Qiymət diapazonu genişdir, lakin məlum səbəblərdən əksəriyyət ucuz qiymət seqmentinə üstünlük verir, baxmayaraq ki, belə məhsullarda yaxşı heç nə olmadığını və ola da bilməyəcəyini başa düşürlər. Əlbəttə, bahalı kolbasa da faydalı deyil, lakin nisbi götürdükdə tərkibi daha yaxşıdır.

Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi kolbasa məhsullarının keyfiyyətinə dair monitorinqin nəticələrini açıqlayanda məlum oldu ki, bir çox kolbasalarda üzərində qeyd edilmiş mal əti əvəzinə toyuq ətidir, bəzilərində isə ümumiyyətlə ət yox idi.

Ət bazarında periodik olaraq mənşəyi məlum olmayan ətlərə və ölmüş heyvanların ətinə rast gəlinir və çox vaxt ondan kolbasa istehsalı üçün istifadə olunur.

Bundan başqa, kolbasalara yan məhsullar- sümüklər, dəri, GMO soya, nişasta, hər cür ləzzət artırıcılar, boyalar, konservantlar vurulur ki, bunlar leş ətindən daha təhlükəlidir.

Bir kiloqram kolbasa, sosiska bir kiloqram ətdən 2 dəfə ucuz olanda sual doğurmaya bilməz. Burada əsas xammalın- ətin xərcindən başqa, məhsulun maya dəyərinə əlavə olunan istehsal, nəqliyyat, vergilər, işçilərin əmək haqqını, satış dividentini də nəzərə almaq lazımdır. Üstəlik, şirkət qazanc da əldə etməlidir. Bu o deməkdir ki, siz məsələn, 10 manata kolbasa alırsınızsa, demək onun ilkin maya dəyəri 5 manatdır.

Vicdansız istehsalçılara qarşı pul cəzalarını təsirli adlandırmaq olmaz. Çünki onlar cərimənin məbləğindən 10 dəfə çox qazanırlar. Bizə işləyəcək mexanizmlər lazımdır. Maraqlıdır, kolbasa dükanlarının sahiblərinə öz məhsullarını canlı yemək təklif olunursa, bunu edəcəklərmi? Mən təklif edirəm ki, televiziyaların birində bir canlı yayım verilişi təşkil olunsun, kolbasa sexlərinin sahibləri hər gün bir dəfə orada öz məhsullarını yesinlər və əhali də baxsın. Amma kolbasa mağazalardan alınmalı, özləri ilə gətirməməlidirlər. Əminəm ki, bunu etməzlər, heç bir kolbasa istehsalçısı öz məhsulunu yeməz.

Bəs belə isə, əhaliyə bu məhsulları necə yedirdirlər? Çox rahat. Bazar iqtisadiyyatı yalnız gəlir əldə etməyə hesablanıb. Necə deyərlər, biznesin vicdanı olmur. İstehsalçını, sahibkarı yalnız bir məsələ maraqlandırır- daha çox qazanc əldə etmək. Əhalinin sağlamlığı, filanı lazımsız məsələlərdir. Vicdan anlayışı isə biznesdə yoxdur.

Burada yeganə təsirli üsul belə müəssisələr üzərinə şəffaf və daimi nəzarət mexanizminin qurulması, medianın və ictimai təşkilatların nəzarətinin təmin edilməsidir. Bunun üçün ölkədə müstəqil laboratoriyalar olmalıdır. İstənilən istehlakçı məhsulu laboratoriyada yoxlada bilməli və zərərli olduğunu görərsə istehsalçını məhkəməyə verib ağır təzminat ödətdirməlidir. Əksər ölkələrdə belədir. Məhz bu səbəbdən, başqa ölkələrdə saxta və keyfiyyətsiz məhsul istehsal etmək sadəcə olaraq sərf etmir, çünki təzminat qazancdan dəfələrlə artıq olur.

Nə qədər ki bizdə belə sistem qurulmayıb, istehsalçılar əhaliyə hər cür təhlükəli zir-zibili qida adına yedirəcəklər. Nəticədə genefondumuz sıradan çıxacaq, ölkə ağır xəstələrlə dolacaq. Bu isə artıq milli təhlükəsizlik məsələsidir. Qida terroru hazırda ən amansız terror vasitəsidir və buna qarşı dövlət və cəmiyyət birgə döyüşməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri