Castin Qetji: Fiziyevlə revanş mənim üçün böyük riskdir | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Armanla Çarlz başadüşülən səbəblərdən “yox” dedilər”.
İdman.biz xəbər verir ki, bu sözlər ABŞ döyüşçüsü Castin Qetjiyə məxsusdur.
O, sosial şəbəkə paylaşımında UFC-313 turniri çərçivəsində qarşılaşacağı azərbaycanlı Rafael Fiziyevin zədələndiyi üçün yarışa qatılmayacaq Den Hukeri əvəzləməyə razılıq verməsini yüksək qiymətləndirib: “Maksla Dastin də məlum səbəbdən eyni qərar verdi.
Moykano da imtina etdi. Bütün dünyanı uçmağı və bu döyüşə dəvəti qəbul etdiyi üçün hörmətlə yanaşıram.
Elit səviyyəli zərbələrə malik rəqiblə revanş mənim üçün böyük riskdir. Həyat səyahətdir”.
Qeyd edək ki, Fiziyevlə Qetji arasında qarşılaşma martın 8-də Las-Veqasda keçiriləcək.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu