Castin Qetji: Fiziyevlə revanş mənim üçün böyük riskdir
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Armanla Çarlz başadüşülən səbəblərdən “yox” dedilər”.
İdman.biz xəbər verir ki, bu sözlər ABŞ döyüşçüsü Castin Qetjiyə məxsusdur.
O, sosial şəbəkə paylaşımında UFC-313 turniri çərçivəsində qarşılaşacağı azərbaycanlı Rafael Fiziyevin zədələndiyi üçün yarışa qatılmayacaq Den Hukeri əvəzləməyə razılıq verməsini yüksək qiymətləndirib: “Maksla Dastin də məlum səbəbdən eyni qərar verdi. Moykano da imtina etdi. Bütün dünyanı uçmağı və bu döyüşə dəvəti qəbul etdiyi üçün hörmətlə yanaşıram. Elit səviyyəli zərbələrə malik rəqiblə revanş mənim üçün böyük riskdir. Həyat səyahətdir”.
Qeyd edək ki, Fiziyevlə Qetji arasında qarşılaşma martın 8-də Las-Veqasda keçiriləcək.
İdman.biz

Castin Qetji: Mənim Fiziyevlə döyüşə niyyətim belədir
04 Mart 2025 21:22
Qamrot Fiziyevlə revanş döyüşü xəbərini təkzib edib İdman və Biz
16 Dekabr 2024 17:56
Castin Qetji növbəti nokautda idmanla vidalaşacaq
01 Mart 2025 22:45
Castin Qetji: Fiziyev dünya səviyyəli döyüşçüdür
09 Mart 2025 20:29
Rafael Fiziyev Castin Qetji mübarizəsinə süni intelektin proqnozu
07 Mart 2025 00:14

