Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçından sonda meydan sahibinkomandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: – Məncə, yaxşı oyun oldu.
İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik.
Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm.
– Oyuna yaxşı başladız, amma sonra nə isə baş verdi sanki və üstünlük rəqibə keçdi.
– Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. “Araz-Naxçıvan” elə-belə ikinci pillədə qərarlaşmayıb.
Ancaq bizdə elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik.