Icma.az
close
up
RU
Cavadov: “Hər iki komanda üçün 1 xalı ədalətlidir”

Cavadov: “Hər iki komanda üçün 1 xalı ədalətlidir”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçından sonda meydan sahibinkomandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Məncə, yaxşı oyun oldu. İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik. Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm.
– Oyuna yaxşı başladız, amma sonra nə isə baş verdi sanki və üstünlük rəqibə keçdi.
– Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. “Araz-Naxçıvan” elə-belə ikinci pillədə qərarlaşmayıb. Ancaq bizdə elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik. İnşallah ki, xallar toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.

– Çempionatda ən az qol vuran komandasız…

– Gözləyirəm onu deyəsiz. Futbolda bir termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Bəlkə də 5 oyundur qol vura bilmirik, amma xallar qazanırıq. Bütün oyunlar vacibdir. Həm çempionatın favoritlərinə, həm də autsayderlərinə qarşı mübarizə aparırıq. Çalışacayıq ki, növbəti həftə də 3 xalı qazanaq.

– Birinci hissə daha aktiv və dinamik keçdi. Komandanın fiziki durumu hər iki hissədə aktiv mübarizə aparmaq üçün yetərlidir?
– Hər iki hissəni gördük. Əgər komandanın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdı. Oyundan-oyuna fərq var. Amma biz həmişə qalib gəlmək istəyirik. Futbolçularıma da bunu aşılaşmışam. Bugünkü oyunla bir daha sübut etdik ki, “Sumqayıt” yaxşı, dominant futbol oynayır. Hesab istədiyimiz kimi olmasa da belə bir rəqibə qarşı 1 xal qaneedicidir.

– Sürətli əvəzetməyə tələsirdiz, amma sonra ləngimə oldu. Orada nə baş verdi?
– Sadəcə futbolçunun tez bir zamanda meydana daxil olmasıyla bağlı idi. Mən də öz sözlərimi dedim. Amma futbolçu yavaş-yavaş gəldi. Biz də futbolçu olmuşuq və daha çox oynamaq istəmişik. Ancaq hər bir oyunçu dərk etməlidir ki, məşqçinin, yoldaşlarının çəkdiyi əziyyəti yerdə qoymasın. Biz bunu başa saldıq. İnanıram ki, belə bir şey olmayacaq.
– Yeni transferiniz niyə iştitak ərizəsində yox idi?
– Futbolçu bizim kollektivimizdədir. Həkim yoxlanışından keçib. Hər şey qaydasındadır. Sadəcə PFL-dən onun iştirak vərəqinin gəlməsini gözləyirik.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Fevral 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri