Caval Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri | Icma.az
Icma.az bildirir, Turkstan.az portalına istinadən. Faiq Ələkbərli fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitut
O, ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır.
Tehranda orta məktəbi bitirdikdən sonra, Tehran Universitetinin tibb fakültəsinə daxil olmuşdur.
Ancaq çox keçmədən tibbi təhsilini İstanbulda (1943-1946) davam etdirmişdir.
Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Parisə getmiş, Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir.
O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İran adlanan ölkəyə qayıtmış, 1953-cü il­dən Tehranda “Hidayət” və “Ədliyyə” xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir.
Doktor Cavad Heyət İran adlanan ölkədə eksperimental cərrahiyyənin təməlini qoymuşdur.
1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır.
Tam oxu
Xəbəri oxu