Icma.az
close
up
RU
Caval Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Caval Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri

I Yazı

(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)

Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyət (1925-2014) 1925-ci ildə Təbrizdə anadan olmuşdur. O, ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Tehranda orta məktəbi bitirdikdən sonra, Tehran Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Ancaq çox keçmədən tibbi təhsilini İstanbulda (1943-1946) davam etdirmişdir. Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Parisə getmiş, Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İran adlanan ölkəyə qayıtmış, 1953-cü il­dən Tehranda “Hidayət” və “Ədliyyə” xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İran adlanan ölkədə eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə “İran”da ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, “İran”da ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir. C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymət­ləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur . [1]

Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək “İran”da nəzəri və eksperi­mental cərrahiyyənin əsasını qoymuş, elmi-nəzəri və əməli uğurlar­ına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akadem­iyasının üzvü seçilmişdir .[2] Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. O, farsca cərrahlıqla bağlı üç cildlik dərslik kitabının müəllifidir. Eyni zamanda, o, 12 il “Tibbi bilik” jurnalını nəşr etdirmişdir. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlamışdır.[3] C.Heyətin ictimai-siyasi məzmunlu milli-maarifçi görüşləri daha çox 1979-cu il “İslam inqilabı”ndan sonra ortaya çıxmışdır. İnqilabdan sonra Türk və Fars dillərində “Varlıq” dərgisini nəşr etdirən Heyətin əsas məqsədi Azərbaycan türklərinin dilini, kimliyini, mədəniyyətini, tarixini təbliğ etmək olmuşdur .[4] Bununla da Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İran adlanan ölkədə elmi türkologiyanın əsasını qoymuşdur. C.Heyətin 1993-cü ildə Türkiyənin sabiq prezidenti Süley­man Dəmirələ yazdığı açıq məktubu da diqqətimizi cəlb edir. O, həmin məktubunda yazırdı: “Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm”. P.Məmmədli yazır ki, Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü indiki fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, “böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırır: “Doktor Cavad Heyətin və eləcə də digər müəlliflərin Şimalla bağlı yazılarında Qarabağ (onun tarixi və indiki fəlakətli vəziyyəti, o cümlədən qaçqınlar məsələsi) problemi və 20 Yanvar faciəsi dərginin aparıcı və ən yanğılı mövzularındandır. Yazının əvvəlində xatırlanan Süleyman Dəmirələ açıq məktubu xalqına qurtuluş yolları arayan vətəndaş yazıçının arxasında böyük dövlətlərin durduğu erməni işğalına qarşı dünya ictimaiy­yətinə etiraz səsi və ədalətli tələblərinin ifadəsidir. Məktubda azərbaycanlıların başına gətirilən faciələr açıqlanır və göstərilir ki, “məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən” açılmışdır”.[5]

Tarix elmləri doktoru Eynulla Mədətli Cavad Heyət və onun qurucusu olduğu “Varlıq” dərgisi ilə bağlı “525-ci qəzet”də yazdığı silsilə məqalələrinin birində yazır: “Doktor Cavad Heyətin fədakar zəhmətləri, dəyərli məsləkdaşlarının, dərginin uzun illər ərzində ətrafına cəmlədiyi və formalaşdırdığı geniş ziyalı-tədqiqatçı təbəqəsinin, həmçinin Azərbaycan Respublikasındakı və dünyadakı azərbaycanlı tədqiqatçıların elmi əməkdaşlığı nəticəsində “Varlıq” dərgisi xalqımızın, eləcə də bütün digər türk xalqlarının milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülük ideyalarının üzvi vəhdətdə mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın, tariximizin, həmçinin ictimai-siyasi həyatımızın tarixi-mədəni ənənələri və keyfiyyətləri ilə zənginləşməsində misilsiz rol oynayıb. Artıq 10 ildən çoxdur ki, “Varlıq” dərgisi 35 il onun imtiyaz sahibi və baş redaktoru olmuş Cavad Heyətsiz fəaliyyət göstərir. Cavad Heyətin və “Varlıq”ın yaratdığı mənəvi məktəbin vətənpərvər və zəhmətkeş davamçıları dərginin nəşrini davam etdirirlər, lakin bu dərgini illərlə övladı kimi bəsləyən və qoruyan Cavad Heyətin yeri görünür”. [6]

O, 2014-cü ildə Bakıda dünyaya göz yummuşdur.

Cavad Heyətin əsas əsərləri aşağıdakılardır: “Azərbaycan ədəbiyyatına bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış”, “Türk dili və ləhcələrin tarixinə bir baxış”, “İki dilin müqayisəsi”, “Azərbaycan şifahi xalq ədəbiyyatı” və b.

Cavad Heyətin sosial-siyasi görüşlərində ilk növbədə, milli dil və milli kimlik məsələləri mühüm yer tutmuşdur. Ona görə dil mədəniyyətin aynası və onun təməli, cəmiyyəti millət halına gətirən ən güclüsüdür.[7] Dilin inkişafına daxili və xarici amillərin təsir göstərdiyini deyən Heyətin fikrincə, bir xalqın yazı dili qadağan olarsa və uşaqları başqa bir dildə yazıb oxumağa məcbur qalarsa, o xalqın dili assimilyasiyaya uğrar, necə ki Pəhləvilər dövründə Azərbaycan türkcəsinin yazı dilinin yasaqlanması nəticəsində belə bir təhlükə yaranmışdır.[8] O, yazırdı: “Pəhləvilərin hakimiyyəti dövründə fars dilindən başqa bir dildə, xüsusən də Türk dilində danışmaq qadağan idi. Aryamehr (Məhəmmədrza Pəhləvi) hakimiyyətinin son illərində türk dilinə, yəni 35 milyonluq əhalinin ana dilinə qarşı nifrət o qədər gücləndi ki, əgər bir kitabda türkcə bir söz, ya bir cümlə görsəydilər, onu çıxarmadan kitabın çapına icazə verilməzdi”.[9]

C.Heyətə görə, panfarsistlərin iddia etməsi ki, Türk dili Azərbaycan xalqının doğma dili deyil moğollar zamanı zorla qəbul etdirilib və guya, bu xalqın dili İran-Ariya dillərindən azəri dili olub, özü də azərbaycanlılar iranlıdır, bütün bunlar hamısı kökündən yanlışdır. O, yazırdı: “Hökumətin bu qeyri-insani və qeyri-islami, faşist siyasəti sayəsində milyonlarca xalqımız öz dilindən məhrum qaldı. Bu qeyri-elmi nəzəriyyəni müdafiə edənlərin başında Təbrizli Əhməd Kəsrəvi və onu izləyənlər gedirdi. Əlbəttə, höku­mət, fars şovinizmi və onun təbliğatçıları da işlərinə yaradığı üçün bu fikri yaymağa çalışırdılar”.[10]

Onun fikrincə, birincisi, bu problemin kökündə “İran” və “Türk” anlayışlarına doğru yanaşmama dayanmışdır. Belə ki, hər iki məfhum irqi deyil, mədəni-kültürəl mahiyyəti ifadə edən anlayışlardır və “İran” sözü də ölkə, vətən anlamında olub, burada yaşayan hər bir kəs, o cümlədən müsəlmanlar da iranlıdır.[11] İkin­cisi isə, “azəri dili” adlandırlan dil heç bir zaman dil səviyyəsində olmayıb arya qrupuna aid ləhcədir və ondan bu günə çox az şey qalıb. Üçüncüsü, hər hansı dil xalqın hamısı tərəfindən qəbul olun­duğu zaman qəbul olunur. Bu anlamda qədim zamanlardan Azər­baycan xalqının dili Türk dili, yerli əhalisi də türklər olmuşdur.[12]

[1] Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III hissə. Bakı: Elm və təhsil, 2021, s.540

[2] Xudiyev Nizami. Cavad Heyət möcüzəsi. Bakı, Azərnəşr, 2005, s.13

[3] Məmmədli Pərvanə. Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər (I Hissə). Bakı, Sabah, 2015, s.122

[4] Yenə orada, s.125-126

[5] Məmmədli Pərvanə. Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər (I Hissə). Bakı, Sabah, 2015, s.124

[6] Mədətli Eynulla. Cavad Heyət və 45 yaşlı “Varlıq” dərgisinin birinci sayı. 03.02.25. 525-ci qəzet.

[7] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 1). Bakı, Elm və təhsil, 2011, s.34

[8] Yenə orada, s.35

[9] Yenə orada, s.158

[10] Yenə orada, s.172

[11] Yenə orada, s.172

[12] Yenə orada, s.173-174


OXŞAR XƏBƏRLƏR

Azərbaycan ədəbiyyatında Araz çayı motivi

08:55

Özbək yeniyetmələrinin uğuru –  təsadüfdür yoxsa sistemin təntənəsi?

21 Aprel 17:35

DANIŞ Kİ, SƏNİ GÖRÜM - (Fəxrəddin Sərrastla (Usenov) səmimi söhbət)

15 Aprel 10:12

Oljas Süleymenovun yaradıcılığına “Sözün Kodu” ilə Türkün kodu kontekstində baxış

15 Aprel 10:04

İnam Atanın (Asif Atanın) MUĞAMLA BAĞLI GÖRÜŞLƏRİ

15 Aprel 09:54

Əfşar İmperiyasının hərbi donanması

15 Aprel 09:41

İsmayıl bəy Qaspıralının “Haqqaniyyət” ideyası

15 Aprel 09:22

Mirzə Qədim İrəvani - adın sorağı, ruhun izi...

12 Aprel 17:41

Şemsettin Küzeci Farkı – Kerkük'ten Azerbaycan'a

12 Aprel 15:59

Məxmər pərdələr arxasından başlanan dünya

8 Aprel 11:12

Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev - Həyatı və siyasi-diplomatik fəaliyyəti

8 Aprel 10:11

İnam Atanın (Asif Atanın) MUĞAMLA BAĞLI GÖRÜŞLƏRİ

8 Aprel 09:42

Aprel döyüşlərinin doqquzuncu ili

8 Aprel 09:13

Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar

8 Aprel 09:04

Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIX-XX əsrlər)

8 Aprel 08:44

İşıqlı ruha… - (Hamlet Kazımoğlu - 55)

7 Aprel 10:50

Müharibə HÜQUQU - Əkbər QOŞALININ YAZISI...

3 Aprel 10:42

Oljas Süleymenovun “Az i Ya” əsərinə Azərbaycandan YENİ BAXIŞ

1 Aprel 12:55

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Azərbaycanda mayda toy etmək niyə qadağandır? – ŞOK SƏBƏB

09:21

Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

08:01

Hakan Fidan - Ərdoğanın sirr dağarcığı: "Casus-diplomat...”

21 Aprel 12:39

Azərbaycan səfirliyinin avtomobili ağır QƏZA törətdi – FOTO/VİDEO

21 Aprel 11:09

Günün günorta çağı quldurluq - Azərbaycanda, Ukraynada, İspaniyada

21 Aprel 10:47

500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub? - FOTO

21 Aprel 10:41

SON XƏBƏRLƏR

Şahramanyan qondarma rejimə rəhbərlikdən imtina edir

11:10

Ərdoğanın oğlu prezident olmaq istəyir? - Özü CAVABLADI

10:51

Pensiya alanlara şad xəbər!

10:32

Ukrayna səmasında naməlum obyekt... - Sirri ortaya çıxdı

10:18

Ərdoğanın oğlu Rusiyaya olan sevgisindən danışdı: görün onu nə cəlb edir

09:59

Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

09:59

Hövsanda güclü partlayış - Ölən və yaralı var

09:44

Narışkinin Bakı səfərinin şifrələri - təfərrüat

09:33

Azərbaycanda mayda toy etmək niyə qadağandır? – ŞOK SƏBƏB

09:21

Caval Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

09:12

Qızılın qiyməti ilk dəfə 3 500 dollar həddini keçdi

09:10

Berlin Türkiyəyə qadağa qoydu – İmamoğlu çağırış etdi

08:58

Azərbaycan ədəbiyyatında Araz çayı motivi

08:55

HƏYƏCAN TƏBİLİ: Şəkərli diabetin daha ölümcül növü yayılır

08:12

Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

08:01

Müxalifətdən 2 bələdiyyə başqanı AKP-yə keçdi

00:58

Gəncləri hərbi xidmətdən yayındırmaq üçün öz qanından istifadə edirmiş

00:54

Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili - Sadiq QURBANOV

00:43

Dövlət Baxçalıdan yeni görüntü: Hələ yolun yarısındasan - FOTO

21 Aprel 23:59

Lavrov: “İslam dünyası ilə etimada əsaslanan münasibətləri qoruyuruq”

21 Aprel 23:53

Çin bu dəfə çox sərtdir! Orada olan hər kəsi hədələdi

21 Aprel 23:50

BMT: Suriya üçün maliyyə çatışmazlığı dəhşətli səviyyədədir

21 Aprel 23:44

HƏMAS İsrail əsgərlərinə qarşı pusqu qurduğunu elan etdi

21 Aprel 22:45

Bu ölkənin rəsmi dili azərbaycanca imiş – FOTO

21 Aprel 22:34

ABŞ-ın uğursuz sülh planı: Putin "pasxa atəşkəsi" ilə Trampa meydan oxudu? - ŞƏRH

21 Aprel 22:30

Papanın görün nə qədər sərvəti var imiş - Kimə qalacaq?

21 Aprel 22:12

Rusiya bizi bu ərazilərdən çıxarmağa çalışır: şiddətli döyüş...

21 Aprel 21:55

Zelenski: Londonda Ukrayna üzrə danışıqlar aprelin 23-də başlayacaq

21 Aprel 21:40

Tramp: Rusiya-Ukrayna razılaşması bu həftə baş tuta bilər

21 Aprel 21:05

Putin: Ukrayna ilə atəşkəsə müsbət baxırıq

21 Aprel 20:06

Trampın Ərdoğandan İran XAHİŞİ

21 Aprel 18:19

Səmərqənd zirvəsi və Türk dövlətləri: KKTC-ni kim, niyə və necə satmadı? – Kipr nazirindən dərslik kimi açıqlama

21 Aprel 17:58

Papanın ölümündən sonra kardinallar yığıncaq üçün toplanacaq

21 Aprel 17:53

Sumqayıtda fabrikdə 19 nəfər zəhərləndi

21 Aprel 17:49

Azərbaycana gətirilən pomidorda virus aşkarlandı - FOTO

21 Aprel 17:48

Bakıda 110 bina söküləcək – RƏSMİ

21 Aprel 17:45

Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…

21 Aprel 17:41

Trampı qəzəbləndirəcək addım: Putin İranla tərəfdaşlıq sazişini təsdiq edən qanunu imzaladı

21 Aprel 17:35

Özbək yeniyetmələrinin uğuru –  təsadüfdür yoxsa sistemin təntənəsi?

21 Aprel 17:35

Araikin komanda yoldaşı: Akopyan Qarabağdan qara ciplə qaçdı

21 Aprel 17:32

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Rusiya ziyafət məclisini vurdu: Çox sayda NATO zabiti öldü

29 Mart 14:51

Lavrovdan ŞOK AÇIQLAMA - Rusiya Ərdoğanın bütün tələblərini qəbul etməyə hazır idi, lakin...

25 Mart 15:23

"Kartdan kart"a köçürmə dayandırılır: Aprelin 1-dən yeni qayda tətbiq olunacaq

29 Mart 11:40

Yasamalda qadının evini başına uçuran “xeyriyyəçi“ iş adamı kimdir? - DOSYE

27 Mart 17:55

Şaradan Türk dünyasına xəyanət – Əsədin tarixi səhvini təkrarladı

1 Aprel 14:02

Əsədin xələfi Bakını seçdi, Əliyev “hazırıq” dedi – 600 illik gözləniş sona çata bilər

12 Aprel 14:07

800 minlik ordu məğlub olur – Türkiyə qoşunları meydana çağırılır

13 Aprel 17:30

Azərbaycanda pensiya ödənişləri ləğv edilir? – Açıqlama

23 Mart 09:06

Pezeşkian hökuməti Türkiyədəki olaylara BELƏ REAKSİYA VERDİ

24 Mart 19:35

İranda azərbaycanlılar ayağa qalxdı - Video

22 Mart 15:03

Pezeşkiandan Urmiyada Azərbaycan dilində kritik mesaj – VİDEO

26 Mart 13:03

Əhməd Şara Prezident İlham Əliyevə "Əziz qardaş..." deyə xitab etdi - MƏTN

1 Aprel 19:53

Putin üçün arzuolunmaz gün yetişdi: Saxladığı “əmanəti” geri istəyirlər

24 Mart 21:04

Fevral soyuğu gəlir, bu gün axşamdan… - XƏBƏRDARLIQ EDİLDİ

29 Mart 18:05



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri