Bakupost saytına istinadən Icma.az xəbər verir. Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirininin müavini, uzun illər Kəlbəcərin millət
Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu.
Bir qərinədir görmədiyim yerlərdən sanki bir əsrdir ki, ayrı olmuşam.
Bu müddət ərzində cismim uzaqlarda olsa da, ruhum, qəlbim həmişə burada, bu torpaqda qalmışdı.Ağdaban torpağına ayağımı basan anda hər addımım bir xatirə, hər nəfəsim bir duyğu fırtınası oyandırdı.Gözlərim hər tərəfdə viran qoyulmuş evləri, talan edilmiş yurd yerlərini görsə belə, ruhum sanki abad bir kəndin üzəri ilə uçurdu.
Kəndimizdə indi yalnız daş yığınları, qurumuş ağaclar, tikanlı kollar, yağmalanmış qəbiristanlıqlar var.
Bir zamanlar şən uşaq səslərinin əks-sədası ilə dolan cığırlar indi susqunluğa qərq olub.
Bu dağıntılar ürəyimi sızladır, qəhər boğazımda düyünlənir. Amma bu viranələr arasında, təbiət yenə də öz əzəmətini, öz gözəlliyini qoruyub.
Yaşıl yamaclar, büllur kimi axan çaylar, göylərə ucalan ulu dağlar var.Böyüdüyüm evin xarabalıqlarından keçib babam Aşıq Şəmşirin və başqa doğmalarımın məzarlarına doğru gedirəm.