Icma.az
close
up
RU
Cavid Qurbanov viran qalan kəndindən yazdı "Ürəyim sızlayır, qəhər boğazımda düyünlənir..."

Cavid Qurbanov viran qalan kəndindən yazdı "Ürəyim sızlayır, qəhər boğazımda düyünlənir..."

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirininin müavini, uzun illər Kəlbəcərin millət vəkili olmuş Cavid Qurbanov doğulduğu doğma Ağdaban kəndini ziyarət edib.

Bakupost.az -ın gununsesi.info-ya istinadən xəbərinə görə, Dədə Şəmşirin dağıdılmış məzarını ziyarət edən Cavid Qurbanov təəssüratlarını qələmə alıb.

Cavid Qurbanovun “Ağdaban ziyarəti” adlı qeydlərini və şeirini təqdim edirik:

“Əzəmətli dağların əhatəsində qayğısız uşaqlığımız yaşadığım, cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu. Bir qərinədir görmədiyim yerlərdən sanki bir əsrdir ki, ayrı olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa da, ruhum, qəlbim həmişə burada, bu torpaqda qalmışdı.


Ağdaban torpağına ayağımı basan anda hər addımım bir xatirə, hər nəfəsim bir duyğu fırtınası oyandırdı.

Gözlərim hər tərəfdə viran qoyulmuş evləri, talan edilmiş yurd yerlərini görsə belə, ruhum sanki abad bir kəndin üzəri ilə uçurdu. Kəndimizdə indi yalnız daş yığınları, qurumuş ağaclar, tikanlı kollar, yağmalanmış qəbiristanlıqlar var. Bir zamanlar şən uşaq səslərinin əks-sədası ilə dolan cığırlar indi susqunluğa qərq olub. Bu dağıntılar ürəyimi sızladır, qəhər boğazımda düyünlənir. Amma bu viranələr arasında, təbiət yenə də öz əzəmətini, öz gözəlliyini qoruyub. Yaşıl yamaclar, büllur kimi axan çaylar, göylərə ucalan ulu dağlar var.

Böyüdüyüm evin xarabalıqlarından keçib babam Aşıq Şəmşirin və başqa doğmalarımın məzarlarına doğru gedirəm. İndi Ağdaban ruhların kəndiridir sanki. Amma ürəyimdə böyük bir sevinc var, çünki qısa zaman sonra Ağdaban öz sakinlərinə qucaq açacaq, onları yenə də bir qərinə əvvəl əzizlədiyi kimi əzizləyəcək.

Doğmalarımın dağıdılan məzarlarından sanki sevincək ruhlar qalxıb məni salamlayır. Əlimi məzarın soyuq daşına qoyuram, sanki ondan bir qüvvət alıram, məzardakıların səsi qulağımda cingildəyir: “Ey oğul, bu torpaqlar müqəddəsdir, onu qorumaq hər birimizin borcudur. Bu torpaqları azad edən Sərkərdəni və onun qəhrəman əsgərlərinin haqqını heç zaman heç kim ödəyə bilməz. Bizim üçün şəhid olanların ruhları bizimlə birgədir və şaddır”


Ziyarətimin sonunda bir an dayanıb ətrafa baxıram. Gözlərimdə yaş, qəlbimdə ümid, dilimdə dua var. Bu torpaqlar azad olunub, indi onları yenidən dirçəltmək, onları əvvəlkindən daha gözəl etmək bizim əlimizdədir. Bu viranələri ən yaxın günlərdə möhtəşəm binalar, məktəblər, yollar əvəz edəcək. Çünki bu torpaqlar azadlıq sevən, qəhrəman bir xalqın torpaqlarıdır.

Bu qüruru və iftixarı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Qəhrəman ordumuza təşəkkür və minnətdarlıq hissi ilə o yerlərdən ayrılıram. Dilimdə şəhidlərimizə dualar oxuyur, qazilərimizə Allahdan şəfalar diləyirəm. Rəbbim Vətinimizi, millətimizi, Ali Baş Komandanımızı və ailəsini nəzərində saxlasın.


Uşaqlıq xatirələri düşmən əliylə silinən nigaran insanlara ithaf edirəm.

Kəndimizə getmişdim

Baxdım çölə, çəmənə

Dedim bəlkə tanıyar

Tanımadı kənd məni

Baxdım bu daş, bu divar

Durub gözündə qubar

Quruyub dərədəki

Şır-şır axan o bulaq

Bağ bagçanı hər yeri

Basıb vəhşi ot, alaq

Tapmadım kənd-kəsəyin

Tapmadım gur nəfəsin

Baxdım həsrətlə baxdım

Baxdım yoxa çıxıbdı

O şirin xatirələrim

Daha qocalmışam mən

Yaman kövrəlmişəm mən

Dağa çıxdım yoruldum

Qalmıyıb qoçaqlığım

Baxdım düşmən əliylə

Silinib uşaqlığım".

Cavid Qurbanov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri