Cəbhə virtual, hücum rəqamsal | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat yayır. Texnologiyanın inkişafı artıq informasiyanı birbaşa cibimizə gətirir.
İndi sadəcə smartfonu çıxararaq həm xəbər almaq, həm də yaymaq mümkündür.
Əgər əvvəllər informasiya mənbələrinin sayı 5-10 idisə, indi saysız-hesabsızdır.
Xüsusilə süni intellekt kimi texnoloji yeniliklər informasiya istehsalı və ötürülməsində tamamilə yeni mərhələyə keçidi təmin edib.
Bu gün hər hansı bir proses barədə saxta xəbər hazırlamaq, ictimai rəyə təqdim etmək üçün cəmi bir neçə dəqiqə kifayət edir.
Bəzi mənbələr gün ərzində suni intellekt tərəfindən 50 dildə 350 mindən çox fake xəbərin hazırlandığını qeyd edirlər.
Təsəvvür edin, kimisə qaralamaq istəyirsiniz, süni intellektə düzgün tapşırıq verirsiniz, sistem sizə uyğun bir “xəbər” hazırlayır, sonra onu bir neçə dəqiqə ərzində onlarla dilə tərcümə edib sosial mediada tirajlayırsınız.
Xəbər müxtəlif mənbələrdə yayıldığı üçün insanlar, xüsusilə də media savadlılığı zəif olanlar bu saxta informasiyaya inanmağa başlayırlar.
Tam oxu
Xəbəri oxu