Icma.az
close
up
RU
Cəbhə virtual, hücum rəqamsal

Cəbhə virtual, hücum rəqamsal

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Texnologiyanın inkişafı artıq informasiyanı birbaşa cibimizə gətirir. İndi sadəcə smartfonu çıxararaq həm xəbər almaq, həm də yaymaq mümkündür. Əgər əvvəllər informasiya mənbələrinin sayı 5-10 idisə, indi saysız-hesabsızdır. Xüsusilə süni intellekt kimi texnoloji yeniliklər informasiya istehsalı və ötürülməsində tamamilə yeni mərhələyə keçidi təmin edib. Bu gün hər hansı bir proses barədə saxta xəbər hazırlamaq, ictimai rəyə təqdim etmək üçün cəmi bir neçə dəqiqə kifayət edir. Bəzi mənbələr gün ərzində suni intellekt tərəfindən 50 dildə 350 mindən çox fake xəbərin hazırlandığını qeyd edirlər. Təsəvvür edin, kimisə qaralamaq istəyirsiniz, süni intellektə düzgün tapşırıq verirsiniz, sistem sizə uyğun bir “xəbər” hazırlayır, sonra onu bir neçə dəqiqə ərzində onlarla dilə tərcümə edib sosial mediada tirajlayırsınız. Xəbər müxtəlif mənbələrdə yayıldığı üçün insanlar, xüsusilə də media savadlılığı zəif olanlar bu saxta informasiyaya inanmağa başlayırlar.
Bu cür davamlı manipulyasiya cəhdləri artıq peşəkar medianı deyil, “Telegram” kanallarını və sosial şəbəkələri “etibarlı mənbə” statusuna gətirir. Azərbaycana qarşı da son zamanlar bu cür təxribat xarakterli dezinformasiya halları ciddi şəkildə müşahidə olunur.
Çıxış yolu nədir?
1.
Bütün onlayn medianı total şəkildə qadağan etmək. Aydındır ki, bu yol nə demokratik baxımdan, nə də praktik cəhətdən bizim üçün məqbuldur.
2. Prosesi nəzarətə götürmək – yəni informasiya axınını idarə etmək, saxta xəbərlərin qarşısını vaxtında almaq və əks-həmlə mexanizmlərini işə salmaq.
Bunun üçün nə lazımdır?
Bir sözlə desək, yeni media ordusu. Bu ordu informasiya ilə çalışmalı, güllə yerinə söz işlətməlidir. Hazırda bu ordunu yetişdirmək zəruridir. Məsələn, Rusiya 2014-cü ildən sonra klassik təbliğat modelindən çıxaraq sosial media platformalarına keçid etdi. Bu gün onlarla “YouTube” və “Telegram” kanalı Rusiya gündəliyini sistemli şəkildə təbliğ edir. Bunu həyata keçirmək üçün bir neçə strateji layihə icra olunub. Onlardan biri “Senej” İdarəetmə Mərkəzində fəaliyyət göstərən “Yeni Media Emalatxanası”dır. Burada davamlı şəkildə blogerlər, jurnalistlər və aktivistlər hazırlanır. Hazır olan şəxslərə isə paralel olaraq digər layihələr çərçivəsində dəstək göstərilir ki, onlar qapalı qruplarda aldıqları tapşırıqları icra edə bilsinlər. Məqsəd aydındır: daxildə ictimai şüuru formalaşdırmaq, xaricdə isə hədəf kütlələrə təsir etməklə onları ya inandırmaq, ya da qorxutmaq.
Biz nə etməliyik?
Azərbaycanda Türkiyədəki AKP, MHP və İYİ Partiyanın siyasi akademiyaları, eləcə də Rusiyadakı Senej modeli nümunə götürülərək dövlət dəstəyi ilə yeni media ordusu layihəsi həyata keçirilməlidir. Misal kimi “Yeni Media Akademiyası” adı ilə xüsusi modul tipli təlim proqramı həyata keçirmək olar. Layihə çərçivəsində təlim keçənlər yekunda bu müxtəlif dillərdə Azərbaycanın informasiya maraqlarını qorumaq gücündə olacaqlar.
Unutmaq olmaz: Artıq müharibələr döyüş meydanlarında deyil, sosial media platformalarında elan edilir. Bu müharibələrin xərci az, psixoloji təsiri isə bir o qədər güclü olur.
Aqil Məmmədov
AzVision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri