“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?

02.08.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

1-ci liqada mübarizə aparan “Cəbrayıl”ın 400 min manata gəncəli iş adamlarına satıldığını, adının dəyişdirilməsi ilə bağlı prosesə start verildiyini yazmışdıq. Belə ki, Qarabağ təmsilçisinin yeni adı “Gəncəbasar” olacaq.

Bəs, bu barədə Peşəkar Futbol Liqası da məlumatlandırılıbmı? Klub avqustun 4-də keçiriləcək püşkatma mərasimində hansı adla təmsil olunacaq?
Bu sualla qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bizə bu mövzuyla bağlı rəsmi məlumat daxil olmayıb. İndiki duruma görə, klub püşkatma mərasimində “Cəbrayıl” adı ilə iştirak edəcək”.


Xatırladaq ki, 1-ci liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью