“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
1-ci liqada mübarizə aparan “Cəbrayıl”ın 400 min manata gəncəli iş adamlarına satıldığını, adının dəyişdirilməsi ilə bağlı prosesə start verildiyini yazmışdıq. Belə ki, Qarabağ təmsilçisinin yeni adı “Gəncəbasar” olacaq.
Bəs, bu barədə Peşəkar Futbol Liqası da məlumatlandırılıbmı? Klub avqustun 4-də keçiriləcək püşkatma mərasimində hansı adla təmsil olunacaq?
Bu sualla qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bizə bu mövzuyla bağlı rəsmi məlumat daxil olmayıb. İndiki duruma görə, klub püşkatma mərasimində “Cəbrayıl” adı ilə iştirak edəcək”.
Xatırladaq ki, 1-ci liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:“Cəbrayıl” adından imtina edib “Gəncəbasar” qoydular
05 Avqust 2026 17:43
“Cəbrayıl” idi, “Gəncəbasar” oldu Klublar niyə bir yerdə qərar tuta bilmir?
11 Avqust 2026 11:58
“Gəncəbasar”ın maskotu FOTO
21 Avqust 2026 16:18
Gəncəbasar ın təqdimatı olacaq
19 Avqust 2026 13:06
Gəncəbasar dan yeni transfer
31 Avqust 2026 16:22
Baxış sayı:157
Bu xəbər 02 Avqust 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















