Cəbrayıla qayıdan sakin: 30 il sonra kirayədən çıxıb öz evimdə şad xürrəm yaşayacağam | Ic…
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "30 illik məcburi köçkün həyatımız bu gün sona çatır.
Nəhayət, 30 ildən sonra kirayədən çıxıb öz evimdə ailəmlə şad-xürrəm yaşayacağam".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Ruslan Mahmudov deyib.
O qeyd edib ki, valideynləri Cəbrayılla bağlı o qədər gözəl xatirələr bölüşüblər ki, bir an öncə doğma yurd-yuvasına qayıtmaq istəyir: "Mən Cəbrayılda doğulmasam da, ailəm, valideynlərim mənə o qədər gözəl xatirələr danışıblar ki, bir an öncə orada olmaq istəyirəm.
Təmiz havası, səfalı yerləri ilə könlümüzü fəth edib Cəbrayıl. Ən əsası - məcburi köçkün kimi kirayələrdə yaşamaqdan qurtuluruq.
Artıq bundan sonra öz doğma yurdumuzda, öz evimizdə yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır.
Tam oxu
Xəbəri oxu