Cəbrayıla qayıdan sakin: 30 il sonra kirayədən çıxıb öz evimdə şad xürrəm yaşayacağam
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"30 illik məcburi köçkün həyatımız bu gün sona çatır. Nəhayət, 30 ildən sonra kirayədən çıxıb öz evimdə ailəmlə şad-xürrəm yaşayacağam".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Ruslan Mahmudov deyib.
O qeyd edib ki, valideynləri Cəbrayılla bağlı o qədər gözəl xatirələr bölüşüblər ki, bir an öncə doğma yurd-yuvasına qayıtmaq istəyir:
"Mən Cəbrayılda doğulmasam da, ailəm, valideynlərim mənə o qədər gözəl xatirələr danışıblar ki, bir an öncə orada olmaq istəyirəm. Təmiz havası, səfalı yerləri ilə könlümüzü fəth edib Cəbrayıl.
Ən əsası - məcburi köçkün kimi kirayələrdə yaşamaqdan qurtuluruq. Artıq bundan sonra öz doğma yurdumuzda, öz evimizdə yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 33 ailə (183 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Fevral 2025 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















