Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də mina partlayışı olub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatında bildirilib.
Məlumata görə, 26 yaşlı Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.