Cəbrayılda 26 yaşlı oğlan minaya düşdü
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də mina partlayışı olub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatında bildirilib.
Məlumata görə, 26 yaşlı Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Cəbrayılda 40 yaşlı kişi minaya düşdü
07 Yanvar 2026 14:44
Cəbrayılda traktorçu minaya düşdü
23 İyul 2026 21:07
Cəbrayılda hərbçi minaya düşərək həlak oldu
07 Aprel 2025 09:34
ANAMA nın əməkdaşı Cəbrayılda minaya düşüb
06 Aprel 2025 10:37
Cəbrayılda minaya düşən şəxsin SON DURUMU
07 Yanvar 2026 17:13
Baxış sayı:77
Bu xəbər 08 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















