Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bəşəriyyət var olduğundan bəri analar-atalar qız köçürəndə ona müəyyən əşyalar verərmiş".
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş: "Məsələn, nənələrimizin əksərinin cehizi bir süpürgədən və bir qazandan ibarət olub.
Süpürgənin verilməsində məqsəd yeni gəlinin təmizkar, səliqəli olmasına işarə idi, qazan isə ruzili olmaları üçün verilib.
Zaman irəlilədikcə cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, hətta daha dəyərli cehiz vermək barə
O zamanların ən məhşur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi.
İllər ötdükçə cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək, zər-xara paltarlar da əlavə edilməyə başladı.