Icma.az
close
up
RU
Cehiz adəti şişirdilməsə, olduqca gözəl ənənədir İZAH EDİLDİ

Cehiz adəti şişirdilməsə, olduqca gözəl ənənədir İZAH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bəşəriyyət var olduğundan bəri analar-atalar qız köçürəndə ona müəyyən əşyalar verərmiş". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş: "Məsələn, nənələrimizin əksərinin cehizi bir süpürgədən və bir qazandan ibarət olub. Süpürgənin verilməsində məqsəd yeni gəlinin təmizkar, səliqəli olmasına işarə idi, qazan isə ruzili olmaları üçün verilib.

Zaman irəlilədikcə cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, hətta daha dəyərli cehiz vermək barədə bir növ yarışa giriblər. O zamanların ən məhşur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi.

İllər ötdükçə cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək, zər-xara paltarlar da əlavə edilməyə başladı. Amma bunları maddi imkanı daha yaxşı olan ailələr edə bilirdi. Elə o zamandan da cehiz adətində bölünmə başladı. Kasıb ailələrinin cehizi ayrı, varlıların cehiz anlayışı isə ayrı oldu.

Cehiz adəti şişirdilməsə olduqca gözəl ənənədir. Təəssüf ki, indi cehiz dedikdə adət-ənənə və bu adətin gözəlliyi düşünülmür, əksinə, qızın ailəsinin nə verəcəyi, nə qədər xərc çəkəcəyi, elektronkanı hansı marka alacağı, mebelin haradan sifariş ediləcəyi və s. kimi məsələlər marağa səbəb olur.

Cehiz üçün borca girənlər, cehizi olmadığı üçün ailə qurmaq istəməyən qızlar var. Ailəsini cehiz almasa intihar edəcəyi ilə hədələyənlər, qızına aldığı cehizin kreditini ödəyə bilməyib özünü metro vaqonunun altına atanlar, cehizində istədiyi markalar olmadığına görə intihar edənlər də var cəmiyyətimizdə. Onlar cehizin mahiyyətini bilmıyənlərdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri