Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Kino və televiziya dünyasında tez-tez rast gəlinən çəkiliş meydançası eşqləri bəzən k
Uzun müddət eyni məkanda işləmək, şəxsi həyatla müqayisədə daha çox zaman keçirmək, bəzən də yalnızlıq bu yaxınlaşmanı gücləndirir.
Əgər münasibətə başlayan şəxslər subaydırsa, bu, təbii qəbul olunur.
Amma tərəflərdən biri, yaxud hər ikisi evlidirsə, nəticələr ağır ola bilir.
Məhz belə bir hadisə illər əvvəl "Təhlükəli Əlaqələr" (Dangerous Liaisons) filminin çəkiliş meydançasında Con Malkoviç və Mişel Fifer arasında baş verib.
Qaynarinfo xəbər verir ki, 1988-ci ildə lentə alınan filmdə baş rollarda çəkilən iki aktyorun münasibəti qısa sürsə də, nəticədə hər ikisinin ailəsi dağılıb.
O vaxt Malkoviç Qlen Hedli ilə, Fifer isə Piter Horton ilə evli idi.
İllər sonra Malkoviç bu əlaqənin ona düşündüyündən də baha başa gəldiyini etiraf edib.