Icma.az
close
up
RU
Çəkiliş meydançasındakı sevgi macərası hər iki ailəni dağıtdı İllər sonra etiraf etdi

Çəkiliş meydançasındakı sevgi macərası hər iki ailəni dağıtdı İllər sonra etiraf etdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Kino və televiziya dünyasında tez-tez rast gəlinən çəkiliş meydançası eşqləri bəzən kamera qarşısında olan iki aktyor arasında, bəzən isə biri kamera arxasında çalışan şəxslə baş verir. Uzun müddət eyni məkanda işləmək, şəxsi həyatla müqayisədə daha çox zaman keçirmək, bəzən də yalnızlıq bu yaxınlaşmanı gücləndirir.

Əgər münasibətə başlayan şəxslər subaydırsa, bu, təbii qəbul olunur. Amma tərəflərdən biri, yaxud hər ikisi evlidirsə, nəticələr ağır ola bilir. Məhz belə bir hadisə illər əvvəl "Təhlükəli Əlaqələr" (Dangerous Liaisons) filminin çəkiliş meydançasında Con Malkoviç və Mişel Fifer arasında baş verib.


Qaynarinfo xəbər verir ki, 1988-ci ildə lentə alınan filmdə baş rollarda çəkilən iki aktyorun münasibəti qısa sürsə də, nəticədə hər ikisinin ailəsi dağılıb. O vaxt Malkoviç Qlen Hedli ilə, Fifer isə Piter Horton ilə evli idi.

İllər sonra Malkoviç bu əlaqənin ona düşündüyündən də baha başa gəldiyini etiraf edib. "Fashion Neurosis" proqramına qatılan aktyor, bu mövzuda danışmaq istəmədiyini desə də, qısa münasibətin həyatında yaratdığı fəsadları gizlətməyib.


Onun sözlərinə görə, çəkilişlərdə insanlarla tez bir zamanda emosional bağlar qurmaq mümkündür. Nadir hallarda bu bağ iş mühitinin xaricinə keçir və nəticədə peşəkar münasibətlər zədələnir. Malkoviç Fifer haqqında "O, mənim üçün çox dəyərli, ədalətli və dostluq münasibəti bəslədiyim bir həmkar idi, amma mən özümü düzgün aparmadım" deyib.


Aktyor bildirib ki, dostluq kimi başlayan bu yaxınlıq geri dönüşü olmayan bir xətti keçib və nəticədə əvəzolunmaz bir həmkarını itirib. "Öyrəndim ki, əgər o xətt keçilərsə, geri dönüş olmur" sözləri ilə Malkoviç hadisəni dəyərləndirib.

Malkoviçin Qlen Hedli ilə altı illik evliliyi bu münasibət səbəbindən bitib. Hedli sonradan Barayon Makkallox ilə ailə qurub, lakin 2017-ci ildə 62 yaşında vəfat edib. Hazırda aktyor italyan prodüser-dizayner Nikoleta Peyran ilə birlikdədir və bu münasibət uğurla davam edir. Cütlüyün iki övladı var.


Mişel Fifer isə həmin dövrdə boşandığı Piter Horton ilə yollarını ayırdıqdan sonra 1993-cü ildən bəri prodüser Devid E. Kelli ilə ailə həyatı qurub və xoşbəxt evliliklərini davam etdirir.


"Təhlükəli Əlaqələr" filminin rejissoru Stefan Frirs olub, baş rollarda Con Malkoviç, Mişel Fifer və Qlenn Kloz çəkilib. Film 1980-ci illərdə böyük uğur qazanmışdı.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri