Cəlilabadda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ÖLDÜ

21.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunun Alar kəndində bədbəxt hadisə baş verib. 

"Unikal"ın məlumatına görə, kənd sakini, 2017-ci il təvəllüdlü Muradov Nizami Bəfadin oğlu həyətlərində olarkən qəfil aşan daş hasarın altında qalıb.

Hadisə baş verən zaman uşağın atası da həyətdə iş görürmüş. Yaxınların verdiyi məlumata görə, hasar fundamental olmadığından uzun müddətdir qəzalı vəziyyətdə imiş və yaxın günlərdə təmir ediləcəyi planlaşdırılırmış.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью