Cəlilabadda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ÖLDÜ
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Cəlilabad rayonunun Alar kəndində bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, kənd sakini, 2017-ci il təvəllüdlü Muradov Nizami Bəfadin oğlu həyətlərində olarkən qəfil aşan daş hasarın altında qalıb.
Hadisə baş verən zaman uşağın atası da həyətdə iş görürmüş. Yaxınların verdiyi məlumata görə, hasar fundamental olmadığından uzun müddətdir qəzalı vəziyyətdə imiş və yaxın günlərdə təmir ediləcəyi planlaşdırılırmış.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəlil Əliyev

Cəlilabadda 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb
27 Dekabr 2024 16:31
Cəlilabadda hasar aşdı 8 yaşlı uşaq öldü
21 Aprel 2025 22:27
Cəlilabadda 8 yaşlı uşaq həyatını itirib
22 Aprel 2025 07:57
51 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
01 Yanvar 2025 22:33
Hərbçimiz bədbəxt hadisə nəticəsində öldü
10 Dekabr 2024 21:39

