Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində yerləşən meyvə bağlarından birində qeydə alınıb.
Rayon sakini, 21 yaşlı gənc sərinləmək məqsədilə suvarma hovuzuna daxil olub və bir müddət sonra gözdən itib.
Onunla eyni ərazidə çalışan şəxslər gənci tapa bilmədiklərindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 21 yaşlı gəncin meyiti suvarma hovuzundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu