Cəlilabadda FACİƏ 21 yaşlı gənc həyatını itirdi
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində yerləşən meyvə bağlarından birində qeydə alınıb.
Rayon sakini, 21 yaşlı gənc sərinləmək məqsədilə suvarma hovuzuna daxil olub və bir müddət sonra gözdən itib.
Onunla eyni ərazidə çalışan şəxslər gənci tapa bilmədiklərindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 21 yaşlı gəncin meyiti suvarma hovuzundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:Cəlilabadda FACİƏ Yelləncəkdə oynayarkən ÖLDÜ
27 Dekabr 2024 16:50
Cəlilabadda itkin düşən 21 yaşlı gənc tapılıb
20 İyun 2025 20:56
Cəlilabadda faciə 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu FOTO
28 May 2026 18:36
Galata Qülləsində faciə: 19 yaşlı gənc həyatını itirdi
06 Dekabr 2024 18:06
Baxış sayı:81
Bu xəbər 23 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















