Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

18.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Cəlilabad, 18 sentyabr, AZƏRTAC

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov "ZİL" markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onu avtomobilin altından çıxararaq xilas ediblər.

Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.

Müxbir- İlkin Adıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью