Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Cəlilabad, 18 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov "ZİL" markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onu avtomobilin altından çıxararaq xilas ediblər.
Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.
Müxbir- İlkin Adıyev
Bu mövzuda digər xəbərlər:Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
18 Sentyabr 2026 21:20
Cəlilabadda yük avtomobili yanıb: sürücü xəsarət alıb
15 İyun 2025 14:54
Cəlilabadda yol qəzasında sürücü
05 Dekabr 2024 16:52
Cəlilabadda sürücü sükan arxasında ÖLDÜ
19 Avqust 2026 13:09
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
14 İyun 2025 20:30
Baxış sayı:173
Bu xəbər 18 Sentyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















