Çelsi 114 il idi ki, belə vəziyyətə düşmürdü

22.04.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının (İPL) 34-cü turu çərçivəsində dünən rəqib meydanında "Brayton"a 0:3 hesabı ilə məğlub olan "Çelsi" son 114 ilin ən bərbad nəticəsinı imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, "göylər" ardıcıl 5 çempionat oyununda 1 qol vurmadan uduzublar.

Liam Rosenyorun çalışdırdığı kollektiv daha öncə "Mançester Yunayted"ə (0:1), "Mançester Siti"yə (0:3), "Everton"a (0:3) və "Nyukasl"a (0:1)  boyun əyib.

1905-ci ildə yaradılan London təmsilçisi son dəfə 1912-ci ildə oxşar duruma düşüb.

34 oyuna 48 xal toplayan "Çelsi" İPL-in turnir cədvəlində 7-ci yerdə mövqe tutub. Paytaxt klubu növbəti matçını "Stemford Bridc"də "Nottingem Forest"ə qarşı keçirəcək.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью