Çelsi 114 il idi ki, belə vəziyyətə düşmürdü
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının (İPL) 34-cü turu çərçivəsində dünən rəqib meydanında "Brayton"a 0:3 hesabı ilə məğlub olan "Çelsi" son 114 ilin ən bərbad nəticəsinı imza atıb.
Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, "göylər" ardıcıl 5 çempionat oyununda 1 qol vurmadan uduzublar.
Liam Rosenyorun çalışdırdığı kollektiv daha öncə "Mançester Yunayted"ə (0:1), "Mançester Siti"yə (0:3), "Everton"a (0:3) və "Nyukasl"a (0:1) boyun əyib.
1905-ci ildə yaradılan London təmsilçisi son dəfə 1912-ci ildə oxşar duruma düşüb.
34 oyuna 48 xal toplayan "Çelsi" İPL-in turnir cədvəlində 7-ci yerdə mövqe tutub. Paytaxt klubu növbəti matçını "Stemford Bridc"də "Nottingem Forest"ə qarşı keçirəcək.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Aprel 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















