“Çelsi”dən darmadağın, “Yunayted” xal itirdi

10.10.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında VI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ən məhsuldar qarşılaşması Londonda baş tutub.

“Çelsi” doğma meydanda “Bornmut”u 5:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin heyətində Cordan Henderson və Joao Pedro dublla yadda qalıblar.

“Arsenal” isə “Lids”lə görüşdə əzmkar qələbə qazanıb. İlk hissəsi qolsuz başa çatan qarşılaşmada hesabı qonaqlar açıblar. Lakin Rikardo Kalafiori və Bruno Gimarayeşin qolları London təmsilçisinə 2:1 hesablı qələbə qazandırıb.

“Brayton” səfərdə “Sanderlend”i 2:0 hesabı ilə məğlub edib. Qonaqlar ikinci hissədə azlıqda qalmalarına baxmayaraq, üstünlüklərini qoruyublar.

“Aston Villa” – “Brentford” görüşündə qalib müəyyənləşməyib – 2:2. “İpsviç” son dəqiqələrdə vurduğu iki qolla “Fulhem” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Günün son qarşılaşmasında “Mançester Yunayted” və “Tottenhem” 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, “Arsenal” bu qələbədən sonra xalını 15-ə yüksəldib. London təmsilçisi lider “Mançester Siti” ilə eyni xala malikdir.

“Amed” liderliyə yüksəldi: “Beşiktaş”ı məğlub etdi “Fənər”dən darmadağın: MURİÇDƏN POKER “Siti” zirvəyə yüksəldi Romada qollu heç-heçə, ŞƏRİKLİ LİDERLƏR “Barsa”dan əzmkar qələbə, RAFİNYADAN HET-TRİK
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью