“Çelsi”dən darmadağın, “Yunayted” xal itirdi
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında VI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, günün ən məhsuldar qarşılaşması Londonda baş tutub.
“Çelsi” doğma meydanda “Bornmut”u 5:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin heyətində Cordan Henderson və Joao Pedro dublla yadda qalıblar.
“Arsenal” isə “Lids”lə görüşdə əzmkar qələbə qazanıb. İlk hissəsi qolsuz başa çatan qarşılaşmada hesabı qonaqlar açıblar. Lakin Rikardo Kalafiori və Bruno Gimarayeşin qolları London təmsilçisinə 2:1 hesablı qələbə qazandırıb.
“Brayton” səfərdə “Sanderlend”i 2:0 hesabı ilə məğlub edib. Qonaqlar ikinci hissədə azlıqda qalmalarına baxmayaraq, üstünlüklərini qoruyublar.
“Aston Villa” – “Brentford” görüşündə qalib müəyyənləşməyib – 2:2. “İpsviç” son dəqiqələrdə vurduğu iki qolla “Fulhem” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Günün son qarşılaşmasında “Mançester Yunayted” və “Tottenhem” 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, “Arsenal” bu qələbədən sonra xalını 15-ə yüksəldib. London təmsilçisi lider “Mançester Siti” ilə eyni xala malikdir.
“Amed” liderliyə yüksəldi: “Beşiktaş”ı məğlub etdi “Fənər”dən darmadağın: MURİÇDƏN POKER “Siti” zirvəyə yüksəldi Romada qollu heç-heçə, ŞƏRİKLİ LİDERLƏR “Barsa”dan əzmkar qələbə, RAFİNYADAN HET-TRİK
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Oktyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















