Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 23-ü gecə saatlarında Kopeysk şəhəri (Çelyabinsk vilayəti) ərazisindəki zavodda baş vermiş partlayış nəticəsində ən azından doqquz nəfər həlak olub və beş nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler özünün "Telegram" kanalında yazıb.
"Hazırda 9 nəfərin həlak olması faktı təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün mümkün olan
İtkin düşənlər barədə məlumatları dəqiqləşdiririk", - deyə qubernator paylaşımında bildirib.
Qubernator daha sonra qeyd edib ki, pilotsuz uçuş aparatlarının hücumu faktı təsdiqlənmir.
Sosial şəbəkələrin yazdığına görə, zavodda silah-sursat istehsal edilirmiş.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.