Çelyabinsk yaxınlığındakı zavodda partlayış: Ən azı doqquz nəfər həlak olub
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 23-ü gecə saatlarında Kopeysk şəhəri (Çelyabinsk vilayəti) ərazisindəki zavodda baş vermiş partlayış nəticəsində ən azından doqquz nəfər həlak olub və beş nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler özünün "Telegram" kanalında yazıb.
"Hazırda 9 nəfərin həlak olması faktı təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün mümkün olan hər şeyi edirlər. İtkin düşənlər barədə məlumatları dəqiqləşdiririk", - deyə qubernator paylaşımında bildirib.
Qubernator daha sonra qeyd edib ki, pilotsuz uçuş aparatlarının hücumu faktı təsdiqlənmir.
Sosial şəbəkələrin yazdığına görə, zavodda silah-sursat istehsal edilirmiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















